“Rail Trans Service” dəmir yollarının tikintisi sahəsində fəaliyyət göstərən şirkətdir.
Şirkətin əsas fəaliyyət istiqaməti istənilən mürəkkəblikdə dəmiryol infrastruktur obyektlərinin layihələşdirilməsi, rekonstruksiyası və tikintisidir.
“Rail Trans Service” yüksək peşəkar rəhbər, layihələndirici, mühəndis və dəmiryol inşası sahəsində unikal təcrübəyə sahib mürəkkəb inşaat ixtisaslı mütəxəssislər komandasıdır.
Çox sevindirici haldır ki, Rail Trans Service MMC olaraq, biz də Vətənimizin dilbər guşəsi olan Qarabağda, işğaldan azad edilmiş ərazilərmizdə fəaliyyət göstərəcəyik. Qürür hissi ilə demək istəyirik ki, 27 oktyabr 2022 – ci il tarixində Rail Trans Service MMC Ağdam Sənaye Parkının rezidenti statusuna layiq görüldü. Bununla şirkət, Azərbaycanda ilk dəfə olaraq avtomatika və telemexnika sistemləri zavodunun yaradılmasının təməlini qoydu.